SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları 24 saat ərzində Qəzza zolağında HƏMAS hərəkatının 450-yə yaxın hədəfinə, o cümlədən hərbi komplekslər, müşahidə məntəqələri, hava hücumundan müdafiə mövqeləri və başqa obyektlərə zərbə endirib.

Bu barədə "Telegram"da İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, İsrail Hərbi Dəniz Qüvvələri HƏMAS-ın qərargahına, tank əleyhinə raket buraxılış məntəqələrinə və digər müşahidə məntəqələrinə hücum edib.

Məlumata görə, avia zərbələr zamanı HƏMAS-ın xüsusi təhlükəsizliyinə cavabdeh olan Camal Musan həlak olub.

BAKU.WS
VİDEO