SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrailin Rusiya Federasiyasındakı səfiri Aleksandr Ben Çvi bildirib ki, İsraillə HƏMAS arasında birbaşa danışıqlar yoxdur və ola da bilməz.

BAKU.WS xəbər verir ki, o, bu barədə "Rossiya-24" telekanalında deyib.

Səfir əlavə edib ki, İsrail tərəfinin HƏMAS-ın saxladığı girovların vəziyyəti barədə məlumatı yoxdur.

O, İsrailin döyüşləri dayandırmaq və HƏMAS-la danışıqlar masası arxasına oturmaq variantını nəzərdən keçirməsi ilə bağlı sualı cavablandırıb: "Biz HƏMAS ilə masa arxasına otura bilmərik".

Səfirin sözlərinə görə, danışıqlar üçün iki suala cavab vermək lazımdır: kimlə danışmaq və nə barədə danışmaq.

Ben Çvi qeyd edib ki, bu suallara cavab yoxdursa, danışıqlar aparmaq imkanı da yoxdur.

BAKU.WS