SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə qadın voleybol milli komandasının üzvü Zehra Güneş "Kim Milyoner Olmak İster" proqramına qatılıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, veriliş zamanı maraqlı anlar yaşanıb.

Belə ki, Zehra ona verilən suallardan birini cavablamaq üçün “Hatayspor” klubunun baş məşqçisi Volkan Demirele müraciət edib.

İdmançıya "2008-ci ildə UEFA Çempionlar Liqasının dörddəbir finalına çıxmaq üçün mübarizə aparan "Fənərbaxça" və "Sevilya" iki matçda qalib gələ bilmədikdə və penalti seriyasında qaldıqda nə baş verdi?" sualı ünavnlanıb.

Volkan Demirelin bu suala cavabı Zehra Güneşi və zalda əyləşən tamaşaşıları güldürüb.

Volkan "Fənərbaxça" nın qapıçısı, yəni mən 3 penaltini xilas etdim" deyərək suala cavab verib. Yarışmadan lentə alınan kadrlar sosial şəbəkələrdə yayılaraq əks-səda doğurub.

Zehra əldə etdiyi pulu “Hatayspor”a bağışlayacağını bildirib. 

BAKU.WS
VİDEO