SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qəzzada quru əməliyyatının genişləndirilməsi hamının gözlədiyi yerüstü əməliyyat deyil”.

"Report"un məlumatına görə, bu barədə İsrail ordusunun mənbələri “Fox News” telekanalının İsraildəki müxbirinə Qəzza ilə sərhəddə baş verənlərlə bağlı bildiriblər.

Daha əvvəl məlumat verilmişdi ki, İsrail müdafiə qüvvələrinin tank birləşmələri Fələstin anklavının şimalında yerləşən Beyt-Hanun şəhərində təhlükəsizlik səddinə bitişik ərazidə Qəzza zolağına doğru irəliləyir.

"Sky News Arabia"nın məlumatına görə, anklavın şimal sərhədində atışma və partlayış səsləri eşidilib. Öz növbəsində “Al Arabiyya” telekanalı qonşu Beyt Lahiya şəhərinin intensiv atəşə tutulduğunu qeyd edib. İsrail ordusu Qəzza zolağının şimalı üzərində də məşəllərdən atəş açıb.

BAKU.WS