SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Samsun şəhərində məscidi yandıran, daha sonra iki məscidi yandırmağa çalışan şəxs başqa məhəllədə əlində benzin şüşələri ilə yaxalanıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, həmin şəxsin FETÖ-dən xaric edilən keçmiş imam olduğu üzə çıxıb.

Əldə edilən məlumata görə, velosiped sürən şəxs əvvəlcə namaz vaxtı camaata qarışıb. İnsanlar məscidi yandırmağa cəhd edən şəxsi uzaqlaşdırıb.

Daha sonra yanğın törədən şəxs yaxınlıqdakı Bafra rayonunda yerləşən Taşköprü Afurcuk məscidinə gedərək imamın istifadə etdiyi otağa daxil olub. O, Qurani-Kərimi yandıraraq otağı kilidləyib və qaçıb.

Yanğınsöndürənlər tərəfindən söndürülən yanğın məscidə böyük ziyan vurub.

Daha sonra Bafra Üçpınar Kənd Mərkəzi Məscidinin qapısını yandırmaq istəyərkən imam tərəfindən görünən şəxs qaçaraq gözdən itib.

Qısa müddətdə Sürmeli rayonuna gələn qruplar İ.Ç. adlı şəxsi əlindəki çantada benzin dolu şüşə qablarla saxlayıb.

Həmin şəxsin FETÖ-dən xaric edilən keçmiş imam olduğu bildirilib.

Hadisə ilə bağlı araşdrıma aparılır.

BAKU.WS
VİDEO

QALEREYA