SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Men ştatındakı atışmanın təfərrüatı məlum olub.

BAKU.WS xəbər verir ki, Fox News hadisə nəticəsində ən azı 22 nəfərin öldüyü, daha 60 nəfərin yaralandığı məlumatını verib. Bunadək isə CNN 16 nəfərin öldüyünü bildirmişdi.

İlkin ehtimala görə, cinayətkar bar və ticarət mərkəzi də daxil olmaqla şəhərin 3 müxtəlif yerində qətliam törədib. Hüquq-mühafizə orqanları əməkdaşları atəş açmaqda şübhəli bilinən şəxsi artıq saxlayıblar.

Təhqiqatlara Federal Təhqiqatlar Bürosu (FTB) da qoşulub. Hadisənin terror aktı olmadığı deyilir. Ağ evdən verilən məlumata görə, ölkə prezidenti Co Bayden hadisə haqqında məlumatlıdır və hadisələrin inkişafını izləyir.

BAKU.WS