SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail Müdafiə Ordusu HƏMAS-ın hərbi qanadı olan Əbu-Ubeydənin nümayəndəsinin kimliyini müəyyənləşdirdiklərini açıqlayıb.

Bu barədə “Report” “The Times of Israel” qəzetinə istinadən xəbər verir.

HƏMAS hərbi qanadının nümayəndəsi ictimaiyyət qarşısına çıxarkən üzünü baş geyimi ilə örtürdü. Amma İsrail tərəfi onun kimliyinin bəlli olduğunu bildirib.

“Bu, HƏMAS-ın İsrailə raket atmaq üçün mülki binaların arxasında gizləndiyi kimi Əbu-Ubeydə təxəllüsü və qırmızı yaşmağının arxasında gizlənən Huzeyfə Kalutdur”, - İsrail Müdafiə Ordusundan bildirilib.

BAKU.WS