SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir zamanların reytinqli layihəsi olan "Aşk-ı Memnu"nun aktrisaları Nebahat Çehre ilə Beren Saat illər sonra bir araya gəliblər. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, onların 15 ildən sonra baş tutan görüşü maraqla qarşılanaraq müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri Nebahat Çehrenin yaşlanmadığını Berenin isə hər zamankı kimi başqa bir aurası olduğunu qeyd ediblər.

Serialda Beren Saat "Bihter", Nebahat Çehre isə Bihterin anası "Firdevs" rolunu canlandırıb.

Xatırladaq ki, "Aşk-ı Memnu" 2008-ci ildə ekranlara gələrk iki il yayımlanıb. Dram janrlı serialda Kıvanç Tatlıtuğ, Selçuk Yöntem və Zerrin Tekindor kimi tanıənmış simalar da yer alıblar. 

BAKU.WS
VİDEO