SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Qəzza zolağında HƏMAS-ın yaraqlılarına və hədəflərinə silsilə zərbələr endirib.

BAKU.WS xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, vurulan hədəflər arasında əməliyyat qərargahları və tank əleyhinə idarə olunan raketlərin buraxılışı üçün qurğular var.

Bundan əlavə, çoxmərtəbəli binalarda yerləşən müşahidə məntəqələri və snayper mövqeləri məhv edilib.

BAKU.WS