SİZİN REKLAM BURADA!
055 213 76 73


Qəzza zolağının cənub hissəsində beş saat davam edəcək atəşkəs rejimi tətbiq edilib.

BAKU.WS xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb

Məlumata görə, bu addım əcnəbi vətəndaşların anklavı tərk edə bilməsini təmin etmək, eləcə də Qəzzaya humanitar yardım göndərmək məqsədi daşıyır. Atəşkəs yerli vaxtla saat 09:00-da qüvvəyə minəcək, münaqişə tərəfləri onun tətbiqinin zəruriliyi barədə razılığa gəliblər. 

Telekanal vurğulayır ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağına zərbələr endirməkdə davam edir.

BAKU.WS