SİZİN REKLAM BURADA!
055 213 76 73


Radikal HAMAS-ın silahlı qanadı olan “İzzəddin Əl-Qəssam” Briqadası Tel-Əvivi raket atəşinə tutur.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə qruplaşma məlumat yayıb.

Qruplaşmanın Telegram kanalında yayımlanan bəyanatda deyilir: “İzzəddin Əl-Qəssam” Briqadası mülki şəxslərə hücuma cavab olaraq Təl-Əvivə raket zərbələri endirib”.

Bundan əvvəl İsrail ordusunun mətbuat xidməti ölkənin mərkəzi bölgələrində, o cümlədən Təl-Əviv və ətraflarında həyəcan təbili çaldığını bildirib.

Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra 1,5 mindən çox fələstinli həlak olub, 7,2 mindən çoxu yaralanıb. İsrail tərəfindən isə 1,5 minə qədər insan münaqişənin qurbanı olub, 4 minə yaxın insan yaralanıb.

BAKU.WS