SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın HƏMAS-ın əlində olan girovların azad edilməsi üçün apardığı danışıqlar nəticə verib.

BAKU.WS xəbər verir ki, HƏMAS-ın silahlı qanadı olan "Əl-Qəssam" briqadası əsir götürdükləri israilli qadını və iki uşağı azad edib.

“Əl-Cəzirə” telekanalı qadın və uşaqların sərbəst buraxılması görüntüsünü efirə verib. 

Qeyd edək ki, dünən Rəcəb Tayyib Ərdoğanla Ankarada Həmas rəsmiləri arasında görüş olub.

HƏMAS-ın həyata keçirdiyi hücumlarda 1200 israillinin həyatını itirdiyi bildirilir. Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində Qəzzada 1100 nəfərin öldüyünü, 5339 nəfərin yaralandığını açıqlayıb.

BAKU.WS
VİDEO