SİZİN REKLAM BURADA!
055 213 76 73


İsraildə “HƏMAS”ın "Süpernova" festivalına etdiyi hücumun yeni görüntüləri yayılıb.

BAKU.WS xəbər verir ki, görüntülərdə “HƏMAS”ın hərbçilərinin festivala necə hücum etdikləri və baş verən hadisələr dəqiqliyilə nümayiş olunur.

Xatırladaq ki, oktyabrın 7-də Fələstinin radikal “HƏMAS” qruplaşması "Əqsa Tufanı əməliyyatı" adı altında İsrailə hücum edib.Genişmiqyaslı hərbi əməliyyatlar zamanı İsrailin şəhərləri bombalanıb.

Bu zaman Qəzza yaxınlığında keçirilən festivalda da “HƏMAS”ın hədəfinə çevrilib. HƏMAS”ın hədəfinə çevrilən "Süpernova" festivalı ərazisində 250-dən artıq meyit aşkarlanıb. 100-dən çox yerli və xarici iştirakçıların isə “HƏMAS” tərəfindən əsir götürüldüyü bildirilib.

BAKU.WS
VİDEO