SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Vitasın Çində Suçjou şəhərində keçirilən konsertində qalmaqal yaşanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, fırıldaqçılar qara bazar vasitəsilə konsertin 7 min saxta biletini satıblar.

Nəticədə tutumu 55 000 nəfərlik stadionda 62 000 tamaşaçı toplaşıb. Nə sənətçi, nə də prodüseri satılan əlavə biletdən qonarar əldə etməyib. 

Qeyd olunur ki, orijinal biletlərdə hologram və identifikasiya kodu olub. Bunun vasitəsilə onları saxta biletlərdən ayırd etmək mümkün olub.

Hazırda Vitasın Çin üzrə 15 konserti planlaşdırılır. Müğənni saxta bilet satışının baş tutacaq növbəti konsertlərdə də olacağını düşünür.

Vitas və komandası baş verənləri anlamağa və həzm etməyə çalışır.

BAKU.WS