SİZİN REKLAM BURADA!
055 213 76 73


HƏMAS-ın hücumları nəticəsində ölən israillilərin sayı 800-ə çatıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 2400 nəfər yaralanıb.

Zərərçəkənlər arasında İsrailin cənubunda keçirilən musiqi festivalının iştirakçıları da var.

Xatırladaq ki, şənbə günü yerli vaxtla səhər saat 6:30-da Qəzza zolağından İsrailə raket hücumları başlayıb. Eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

***

İsrailin Qəzza zolağına endirdiyi cavab zərbələri nəticəsində 91-i uşaq olmaqla 436 nəfər ölüb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 244 uşaq və 151 qadın daxil olmaqla, 2382 nəfər yaralanıb.

Bundan başqa, həm İsrail hərbçiləri, həm də HƏMAS, İsrail vətəndaşlarının və hərbçilərinin girov götürüldüyünü təsdiqləyib. Bu səhərə olan məlumata görə, azı 700 israilli öldürülüb, 100 nəfərin isə əsir götürüldüyü güman edilir. Rəqəmlərin artacağı istisna deyil.

BAKU.WS