SİZİN REKLAM BURADA!
055 213 76 73


Fələstinin Həmas hərəkatının yaraqlıları mülki vətəndaşlar və hərbçilər də daxil olmaqla 100 israillini qaçırıb.

Bu barədə İsrailin Vaşinqtondakı səfirliyi məlumat yayıb.

"300-dən çox israilli öldürülüb, 1800-dən çox yaralanıb, 5000-dən çox raket atılıb, 100 mülki şəxs və hərbçi qaçırılıb", - diplomatik nümayəndəliyin X sosial şəbəkəsində (keçmiş Twitter) bəyanatında deyilir.

Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, İsrail hakimiyyəti Misirdən vasitəçi kimi çıxış etməyi və HƏMAS yaraqlıları tərəfindən əsir götürülən israillilərin azad edilməsinə köməklik göstərməyi xahiş edib.//apa

BAKU.WS