SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç Rusiya Daxili İşlər Nazirliyi tərəfindən cinayət maddəsi ilə axtarışa verilib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin axtarış məlumat bazasında bildirilib.

“Aleksey Nikolayeviç Arestoviç. Ukraynalı. Doğulduğu yer: Gürcüstan SSR, Tsiteli-Skaro şəhəri. Cinayət Məcəlləsinə əsasən axtarışdadır”, - deyə məlumat bazasında qeyd edilib.

Axtarışın konkret hansı maddə üzrə aparıldığı isə göstərilməyib.
Xatırladaq ki, Aleksey Arestoviç daha əvvəl Rusiyada terrorçu və ekstremistlər siyahısına daxil edilib.

BAKU.WS