SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin paytaxtı Ankara şəhərinin Mamak rayonunda səhər saatlarında 6 mərtəbəli yaşayış binasında partlayış baş verib.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir. 

Bildirilib ki, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Partlayış nəticəsində bina sakini 68 yaşlı Fatma Kösenin öldüyü müəyyən edilib.

Mamak rayon bələdiyyəsinin sədri Murat Köşenin sözlərinə görə, bina sakinləri təxliyə olunub.

İlkin ehtimala görə, partlayış qaz borusundan sızma nəticəsində baş verib.

BAKU.WS
VİDEO

QALEREYA