SİZİN REKLAM BURADA!
055 213 76 73


"8 Mile" filminin ulduzu, aktyor Naşon Bridlav vəfat edib.

BAKU.WS xəbər verir ki, 46 yaşlı aktyor Nyu-Cersidəki evində yuxuda olarkən ölüb.

Onun hansı səbəbdən vəfat etdiyi isə hələ ki, açıqlanmayıb.

Repçi Eminemin həyatından bəhs edən "8 Mile"də Naşonun onunla rep deməsi böyük əks-səda doğurmuşdu.

O ekran işində Lotto adlı repçini canladırıb. Naşon bu filmə çəkilməzdən əvvəl "OX" səhnə adlı altında bir çox rep ərsəyə gətirmişdi. 

BAKU.WS