SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktrisa Bergüzar Korelin sosial şəbəkə paylaşımı insanlarda aqressiya yaradaraq tənqid edilib. 

BAKU.WS xəbər verir ki, aktrisa çəkiliş meydanından yorğun, bədəni şiş halda fotolarını çəkib və "Aktyorların çox əyləncəli həyatı var" kinayəli sözlərini yazaraq onları sosial şəbəkədə paylaşb.

41 yaşlı aktrisanın bu addımı sosial şəbəkə istifadəçilərini əsəbiləşdirib.

Onlar "Maaşını da yaz!", "Hər bölümdən milyonlar qazanıb, ağlayır?", "Bergüzar xanım bu işi zorla görürsünüzsə, buraxın!", "Sizin maaşın yüzdə bir hissəsinə çətinliklərlə işləyən insanlar, var onlardan utanmırsınız?" sözlərini yazaraq onu qınaq hədəfinə çeviriblər.

Qeyd edək ki, uzun illərdən sonra çəkiliş meydanına qayıdan Korel hazırda "Düğüm" adlı serialda rol alır. 

BAKU.WS
QALEREYA