SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-nin keçmiş prezidenti Corc Buş 17 il əvvəl çəkilmiş və onun Yevgeni Priqojinlə birlikdə təsvirinin olduğu fotonu görəndə şoka düşüb.

Jurnalistlər ABŞ-nin keçmiş prezidentinə Priqojinin ölümünün onu nə dərəcədə təəəcübləndirdiyini soruşublar.

“Məni şoka salan odur ki, Sankt-Peterburqda keçirilən G8 sammitindən ötən gün fotoşəkil gördüm. Orada Priqojin mənə yemək verən oğlan idi. Tək bildiyim odur ki, sağ çıxdım”, – deyə kiçik Buş bildirib.

Qeyd edək ki, şəkil 2006-cı ildə Sankt-Peterburqda çəkilib. Priqojin Putinlə şam yeməyi zamanı Buş və onun həyat yoldaşına xidmət edib.

BAKU.WS
VİDEO