SİZİN REKLAM BURADA!
055 213 76 73


Rus ordusunun kamikadze hücumlarına qarşı taktika hazırlayan Kiyevin yüz minlərlə dollar dəyərində olan M777 haubitsalarını ağlasığmaz yolla qoruduğu ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, bu barədə iddialar CNN İnternational”da gündəmə gəlib.

Məlumata görə, Ukrayna ordusu Rusiya hücumlarından qorumaq üçün M777 model haubitsalarını saxtası ilə əvəz edib.

Qiyməti 1000 dollar olan saxta haubitsalar “Metinvest” adlı şirkət tərəfindən istehsal edilib.

Kamikadze dronların hədəfi olan ucuz və saxta haubitsalarla bağlı CNN-ə danışan şirkət sözçüsü bildirib ki, müharibə bahadır və Rusiya bizim saxta silahlarımızı məhv etmək üçün pul xərcləməlidir:

“Nəticədə pilotsuz təyyarələr və raketlər bahadır. "Bizim modellərimiz isə çox, çox ucuzdur".

Qeyd edək ki, saxta haubitsaları məhv etmək üçün istifadə edilən cihazların qiyməti olduqca bahadır. Belə ki, Rusiya tez-tez İran istehsalı olan kamikadze pilotsuz uçan aparat “Şahed” model pilotsuz təyyarələrini cəbhədə istifadə edir. Bu dronların qiyməti 20 min avrodan başlayır. Çin istehsalı olan daha ucuz modellərin qiyməti 17 min avroya çata bilər.

BAKU.WS
QALEREYA