SİZİN REKLAM BURADA!
055 213 76 73


Liviyanın Derne şəhərində leysan yağışlar nəticəsində ölğnlərin sayı artıb.

BAKU.WS xəbər verir ki dəhşətli daşqınlarda 3 mindən çox insan həyatını itirib, 10 min nəfər isə itkin düşüb

Bildirilib ki, itkin düşənlər arasında 50 ailə yer alır.

***09:38

Liviya tarixinin ən dəhşətli sel fəlakətini yaşayır.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, şiddətli yağışlardan sonra gələn sel 2 mindən çox adamın ölümünə, 7 mindən artığının isə itkin düşməsinə səbəb olub.

Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe ölkədə sel fəlakətində həyatını itirənlər üçün 3 günlük matəm elan edildiyini açıqlayıb.

Liviyanın şərqində səlahiyyətlilər fırtına səbəbindən bütün dövlət və özəl təhsil müəssisələrində dərslərin dayandırılması, mağazaların bağlanması və komendant saatı da daxil olmaqla bir sıra tədbirlər görüb.

Cəbəl əl-Əhdar bölgələrində qeydə alınan yağışın miqdarı təqribən 400 millimetrə çatıb və bu miqdar Liviyada son 40 ildən çox müddətdə qeydə alınan ən yüksək yağıntı olub.

Bölgədə “Daniel Fırtınası"nın yaratdığı sel fəlakətindən insanları xilas etmək üçün beynəlxalq müdaxilə çağırışı da edilib.

BAKU.WS