SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniyanın Barselona şəhərində qatar relslərin üzərindən keçməyə çalışan insanları vurub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə Barselona yaxınlığındakı Valles bölgəsində baş verib.

Məlumata görə, şəhərlərarası marşurut üzrə hərəkət edən qatar piyada üçün nəzərdə tutulmayan yerdən keçməyə çalışan yeddi nəfəri vurub.

Hadisə nəticəsində dörd nəfər ölüb.

Hökumət rəsmiləri həmin şəxslərin konsert proqramına getdiklərini bildirib.

Qəza nəticəsində qatar hadisə yerində dayanıb və sərnişinlər avtobuslarla daşınıb. "R3" şəhərlərətrafı qatarların hərəkəti müvəqqəti dayandırılıb.

BAKU.WS