SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2012-yə çatıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət zamanı 2 059 nəfər yaralanıb. Qeyd olunub ki, yaralılardan 1 404-nün vəziyyəti ağırdır.

Sentyabrın 8-də axşam saatlarında Mərakeşin cənubunda baş verən zəlzələ təkcə yaşayış binalarına və infrastruktura deyil, həm də ölkənin məşhur muzey və məscidlərinə ciddi ziyan vurub. Bu, fəlakətin episentrinə ən yaxın şəhər olan beynəlxalq əhəmiyyətli turizm mərkəzi və krallığın mədəniyyət paytaxtı olan Mərakeşin timsalında ən aydın şəkildə görünür.

Güclü zəlzələ nəticəsində yüzlərlə insanın ölməsi ilə əlaqədar üç günlük matəm elan olunub. Bu barədə Mərakeş kralı VI Məhəmməd göstəriş verib.

Xatırladaq ki, Mərakeş Milli Geofizika İnstitutundan verilən açıqlamaya görə, 7 maqnitudalı zəlzələ cümə günü yerli vaxtla saat 23:11-də (Bakı vaxtı ilə sentyabrın 8-də saat 02:11-də) baş verib. Zəlzələnin episentri Mərakeş-Safi bölgəsinə daxil olan Əl-Hauz əyalətində yerləşən İgil bölgəsində olub, yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.

BAKU.WS