SİZİN REKLAM BURADA!
055 213 76 73


Misirin Luksor şəhərində "Tivoli Nil" sərnişin gəmisinin batması nəticəsində personallardan biri ölüb, digəri isə itkin düşüb.

BAKU.WS bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, gəmi texniki baxış zamanı batıb.

İki misirli personaldan biri Həsən Əl-Mağribinin öldüyü, Əhməd Səidin axtarışlarının davam etdiyi bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

BAKU.WS
VİDEO