SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərədə qandonduran hadisə baş verib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Çester şəhərindəki "Countess Of Chester" xəstəxanasında çalışan 33 yaşlı tibb bacısı Lüsi Letbinin 2015 və 2016-cı illərdə yeni doğulan bölməsində körpələri öldürdüyü məlum olub.

Belə ki, cinayətkar tibb bacısı körpələrə hava vuraraq, süd və insulin verərək öldürüb.

Mançester Kral Məhkəməsində hakim qarşısına çıxan Letbi işlədiyi xəstəxanada 7 körpəni öldürməkdə və 6 körpəni öldürməyə cəhddə günahkar bilinib.

Letbinin öldürdüyü körpələrdən bəzilərinin əkiz olduğu, ölən körpələrdən birinin isə 1 günlük olduğu üzə çıxıb.

Letbinin saxlanmasından sonra polis tibb bacısının evində axtarış aparıb və şok qeydlər tapıb. Şokedici qeydlərdə aşağıdakı ifadələr yer alırdı:

"Onları öldürdüm, çünki onlara yaxşı baxa bilməmişdim. Mən çox pis adamam. Bunu edən iblisəm".

Hazırda polis Letbinin işlədiyi xəstəxanalarda digər körpələri də öldürüb-öldürmədiyini müəyyən etmək üçün araşdırmalarını davam etdirir.

BAKU.WS