SİZİN REKLAM BURADA!
055 213 76 73


Macarıstana Rusiya qazının Ukrayna üzərindən tranziti 2024-cü ildən sonra dayanarsa, nəql “Türk axını” vasitəsilə aparıla bilər.

“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Nazirin sözlərinə görə, Macarıstana ötürücülük qabiliyyəti 8,5 milyard kubmetr olan “Türk axını” qaz kəmərinin olması çox vacibdir.

Siyarto qeyd edib ki, bu, uzunmüddətli müqavilə çərçivəsində Rusiyadan Macarıstana gələn qazın bütün həcmini tam əhatə edə bilər.

BAKU.WS