SİZİN REKLAM BURADA!
055 213 76 73


Rumıniyada NATO-nun döyüş qrupunun beynəlxalq təlimləri avqustun 14-də başlayacaq.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında bildirilib.

Avqustun 14-dən 18-dək olan müddətdə Fransa və Lüksemburqun 250-yə yaxın əsgəri və NATO-nun Rumıniyadakı döyüş qrupunun 65 texnikası “Deployex” təlimlərində iştirak edəcək.

Təlimlərin məqsədi Şimali Atlantika Alyansının döyüş qrupunun canlı qüvvə və texnikasının çevik yerləşdirilməsinin işlənib hazırlanmasıdır.

Rumıniyadakı NATO döyüş qrupu 2022-ci ilin mayında yaradılıb. Hazırda Fransa, Belçika və Niderlanddan olan hərbçilər ölkədə qərarlaşıb. Digər dövlətlərin də qrupda iştirakı istisna edilmir.

BAKU.WS