SİZİN REKLAM BURADA!
055 213 76 73


“Rusiya “Taxıl sazişi”nə qayıtmaq üçün Qara dəniz təşəbbüsünün ikinci hissəsinin yerinə yetirilməsini gözləyir”.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib.

O, bunu teleqram kanalında ABŞ Dövlət Departamentinin Moskvanın “Taxıl sazişi”nə qayıtması üçün mövqeyini açıqlamaq barədə xahişinə cavablandırarkən deyib:

“Biz Qara dəniz təşəbbüsünün ikinci hissəsinin yerinə yetirilməsini gözləyirik. Bütün bunlar sənəd üzərində əks olunub və BMT Baş katibi tərəfindən təsdiq olunub. Əgər Rusiya XİN-in informasiya saytı kifayət etmirsə, o zaman ABŞ səfirliyi əlavə izahat üçün müraciət edə bilər”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Qərb ölkələri tələblərini yerinə yetirən kimi Moskvanın “Taxıl sazişi”nə qayıtmağa hazır olduğunu bildirib.

Söhbət Rusiya Federasiyasından kənd təsərrüfatı məhsulları və gübrələrin ixracına qarşı sanksiyaların ləğvindən, “Rosselxozbank”ın və ya onun törəmə qurumunun SWIFT-ə qoşulmasından, Rusiya taxılının daşınması üçün gəmilərin pulsuz nizamnaməsindən gedir.

BAKU.WS