SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Erməni Vəqfləri Dərnəyindən “Atatürk” serialı ilə bağlı açıqlama verilib.

BAKU.WS Haber Türk-ə istinadən xəbər verir ki, Birliyin sədri Bedros Şirinoğlu ABŞ-dakı erməni qurum və təşkilatlarını rəqəmsal yayım platformasının Erməni lobbisinin təzyiqi ilə yayımlamamaq qərarına gəldiyi iddia edilən  “Atatürk” serialı ilə bağlı “Türkiyə-Ermənistan normallaşma prosesini dəstəkləməyə və məsuliyyətli davranmağa” çağırıb.

Şirinoğlu yazılı açıqlamasında ABŞ-da yerləşən serial/film platforması tərəfindən Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürklə bağlı serialın ləğv edilməsindən yaranan haqlı reaksiyanı diqqətlə izlədiklərini bildirib.

“Bu addımın sözügedən ölkədəki erməni icma təşkilatlarının təşəbbüsləri ilə atılması məsələnin bizim üçün daha bir diqqətçəkən tərəfidir”.

Qeyd edək ki, bir müddət öncə rəqəmsal yayım platforması olan Disney Plus tərəfindən bütün dünyada nümayiş etdirilmək üçün çəkilən Atatürk serialının yalnız Türkiyədə yayımlanması qərarı verilmişdi. Sözügedən qərar Türkiyədə sərt reaksiyalara səbəb olub. İddia edilir ki, serialın yalnız Türk izləyicilərə yayımlanmasının səbəbi ABŞ-da yaşayan erməni lobbisidir.

BAKU.WS