SİZİN REKLAM BURADA!
055 213 76 73


Çindəki zooparkda çəkilən və qısa zamanda dünya mətbuatında yayılan ayının görüntüləri böyük müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, görüntülərdə iki ayağı üzərində dayanan və ziyarətçilərdən yemək istəyən ayı əks olunsa da, bir çoxları bunun ayı kostyumu geyinmiş insan olduğunu iddia edib.

Buna səbəb isə ayının kifayət qədər arıq olması, iki ayağı üzərində dayanması və bel hissəsində dərisinin qırışlanmasıdır.

Hangzhou zooparkının nümayəndələri isə insanların şübhəsini onların bu növ ayılar barədə məlumatsız olmaları ilə əlaqələndiriblər. Açıqlamalarında bildiriblər ki, boyları 1,5 metrədək olan və kənardan böyük itləri xatırladan Malay ayıları ayı fəsiləsinin ən kiçik növüdür.

Elə sözügedən görüntülərdəki ayı da məhz Malay ayısıdır.

Qeyd edək ki, Çindəki zooparklarda  belə qəribə halların baş verə biləcəyini əsas gətirən iddiaçılar keçmişə nəzər salındıqda heç də yanılmırlar. Çünki daha əvvəl ölkədəki başqa bir zooparkda ev heyvanı vəhşi heyvan kimi təqdim edilmişdi.Belə ki, 2013-cü ildə Henan əyalətinin mərkəzindəki şəhər zooparkı Tibet mastiff cinsindən olan iti ziyarətçilərinə şir kimi təqdim etmişdi.

BAKU.WS
QALEREYA