SİZİN REKLAM BURADA!
055 213 76 73


Ən böyük arzusu it olmaq istəyən yapon bu arzusuna minlərlə dollar xərcləyərək nail olub.

BAKU.WS xəbər verir ki, Yaponiyada yaşayan Toko-san adlı bir adamın itə bənzədiyi görüntülər bütün dünyada sürətlə yayılıb və əks-səda doğurub.

'İt olmaq' üçün hərəkətə keçən adam 14 min 161 dollar xərcləyib.

Beləliklə, Border Collie itinə bənzər kostyuma sahib olan adam xəyalını gerçəkləşləşdirib.

Geyindiyi kostyumla küçələrə çıxan şəxsin görüntüləri sosial şəbəkələrdə yayılıb.

"İbtidai məktəb məzuniyyət kitabımda it olmaq və çöldə gəzmək istədiyimi yazdığımı xatırlayıram", - deyə Toko-san deyib.

BAKU.WS