SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda havanın 51 dərəcə isti olacağı proqnozlaşdırıldığından qurumların məzuniyyətə buraxılmasına qərar verilib.

BAKU.WS xəbər verir ki, hökumət vətəndaşların sağlamlığını qorumaq üçün addımlar atdığını bildirib.

Bu barədə İran hökumətinin sözçüsü Əli Bahadori Çehromi özünün “Twitter” hesabında məlumat verib:

“Bu günlərdə misli görünməmiş istilərlə əlaqədar vətəndaşların sağlamlığının qorunması məqsədilə Səhiyyə Nazirliyinin bütün ölkə ərazisində çərşənbə və cümə axşamı günləri bayram keçirilməsi təklifi Nazirlər Kabinetində qəbul edilib”.

Qeyd edək ki, bir müddətdir İranda kəskin istilər hökm sürür. Paytaxt Tehranda temperatur 40 dərəcəyə çatır.

BAKU.WS