SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanda Müdafiə Nazirliyinin əməkdaşı 6 milyon dram (15,5 min ABŞ dolları - Qeyd) rüşvət alıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, Ermənistan vətəndaşı A.Q. Hərbi Xidmətə Çağırış və Səfərbərlik Qərargahı Xidmətinin səfərbərlik şöbəsinin rəisi S.A ilə 2023-cü ilin yayında həqiqi hərbi xidmətə gedəcək oğlunun müəyyən vəsait qarşılığında xidmətə yararsız kimi göstərməsi üçün razılığa gəlib.

Bunun müqabilində məmur vətəndaşdan 2023-cü ilin aprelində aldığı 6 milyon dram rüşvət tələb edib.

İyulun 27-də çağırışçının atası və məmur saxlanılıb. Vəzifəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib, rüşvət verən şəxs ev dustaqlığına göndərilib.

İstintaq davam edir.

BAKU.WS