SİZİN REKLAM BURADA!
055 213 76 73


Sudanın Port-Sudan şəhərinin beynəlxalq hava limanında təyyarə qəzaya uğrayıb. 

BAKU.WS xəbər verir ki, bu barədə "Al-Hadath" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, qəza nəticəsində 11 nəfər ölüb.

Məlumata görə, hadisə təyyarə havaya qalxdıqdan sonra texniki nasazlıq səbəbindən baş verib.

Təyyarənin qəzaya uğraması nəticəsində yüngül xəsarətlər alan bir uşağın sağ qaldığı bildirilir.

BAKU.WS