SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İstanbul şəhərində metroda təhlükəli anlar yaşanıb.

BAKU.WS "Haberler.com"a istinadən xəbər verir ki, Yenikapı-Kirazlı xəttində bir nəfər mübahisə etdiyi şəxsə silahla hücum edib.

Məlumata görə, iki vətəndaş naməlum səbəbdən mübahisə etməyə başlayıb.

Mübahisə tərəflərdən birinin digərinin üzərinə getməsi ilə böyüyüb.

Nəticədə digər şəxs də silahını çıxarıb və digər vətəndaşların qorxmasına səbəb olub.

Hadisədən sonra silah çəkən şəxs digər vətəndaşlar tərəfindən tez bir zamanda hadisə yerindən uzaqlaşdırılaraq metronun qarşısına aparılıb.

Görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO