SİZİN REKLAM BURADA!
055 213 76 73


Avstraliyanın Qərbi Avstraliya əyalətində, Pertdən təxminən 250 kilometr şimalda yerləşən Qrin Hed sahil qəsəbəsində naməlum nəhəng metal obyektin sahilə yuvarlandığını görən yerli sakinlər təəccüb içində qalıblar.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, əhaliyə təhlükəli hesab edilən metal obyektdən uzaq durmaq tövsiyə olunub.

Hazırda sözügedən obyektin nə olduğunu öyrənmək üçün əyalət və federal qurumlar tərəfindən araşdırma başladılıb.

Hadisə ilə bağlı yerli polis orqanından edilən ilkin açıqlama belədir:

"Biz ictimaiyyəti əmin etmək istəyirik ki, obyektin mənşəyini və təbiətini müəyyən etmək üçün müxtəlif dövlət və federal qurumlarla fəal əməkdaşlıq edirik".

Avstraliya Kosmik Agentliyi nəhəng metal obyektin xarici kosmik gəmidən düşə biləcəyini və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcəyini açıqlayıb. Metal obyektin eni təxminən 2,5 metr, uzunluğu isə 3 metr olduğu bildirilir.

BAKU.WS
QALEREYA