SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Liberal Demokrat Partiyasının (LDPR) dekabrda şərti olaraq keçiriləcək növbəti qurultayında “Jirinovski” neyron şəbəkəsi partiya vəsiqəsi ala bilər.

Bu barədə partiyadakı mənbə xəbər verib.

Bildirilib ki, hazırkı nizamnaməyə görə, partiya sənədləri yalnız Rusiya vətəndaşlığı olan şəxsə verilə bilər, lakin süni intellekt üçün istisna edilə bilər. Partiya rəhbərliyi bunu Liberal Demokrat Partiyasının yaradıcısının əbədiləşdirilməsinin simvolik aktı hesab edib.

Qeyd edək ki, “Jirinovski” neyron şəbəkəsi Vladimir Jirinovskinin videoları, mətnləri və fotoları əsasında təlim keçib.

Xatırladaq ki, Rusiya Liberal Demokrat Partiyasının lideri, Rusiya Dövlət Dumasında eyniadlı fraksiyanın rəhbəri Vladimir Jirinovski ağır və uzun sürən xəstəlikdən sonra 2022-ci il aprelin 6-da vəfat edib.

BAKU.WS
VİDEO