SİZİN REKLAM BURADA!
055 213 76 73


Kəskin istilər dünyanı təsiri altına almağa davam edir.

BAKU.WS BBC-yə istinadən xəbər verir ki, İspaniya, Fransa, Yunanıstan, Xorvatiya və Türkiyədə temperatur 40 dərəcəni keçə bilər.

Bu baxımdan sözügedən ölkələrin əhalisinə xəbərdarlıq olunub.

Hazırda Avropanın ən isti temperaturu İtaliyada müşahidə edilir.

İtaliyada Florensiya və Roma da daxil olmaqla 10 şəhər üçün qırmızı xəbərdarlıq elan edilib. Burada temperaturun 48,8 dərəcəyə çata biləcəyi təxmin edilir.

Türkiyədə 12-18 İyul həftəsi üçün mövsümi normalların cənub və qərb seqmentlərdə 5 ilə 10 dərəcə, digər bölgələrdə 2 ilə 6 dərəcə yuxarı isti olacağı xəbərdarlığı edilib.

BAKU.WS