SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniyada bir həftə davam edən anomal istilər səbəbindən 500-dən çox insan ölüb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin tabeliyində olan III Karlos Sağlamlıq İnstitutunun məlumatına görə, iyulun 10-dan 16-a qədər 510 ispaniyalı 45 dərəcə temperaturun təsirindən ölüb. Onlar xüsusən yaşı 85-dən yuxarı olan qocalardır.

İspaniya Dövlət Meteorologiya Agentliyi əksər regionlarda hava xəbərdarlığı səviyyəsini təhlükə baxımından sarıya, yüksək təhlükə baxımından narıncıya yüksəldib. Bəzi əyalətlərdə həyəcan həddi ən yüksək həddə - qırmızıya qaldırılıb ki, bu da həddindən artıq təhlükə deməkdir.

BAKU.WS