SİZİN REKLAM BURADA!
055 213 76 73


İsveç NATO-ya üzvlüyün dəstəklənməsi ilə bağlı əldə etdiyi razılaşmalar əsasında Türkiyəyə terrorla mübarizə üçün yol xəritəsi təqdim edəcək.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan alyansın Vilnüsdə keçirilən sammitinin yekunlarına görə bildirib.

"İsveç bizə üçtərəfli protokolda nəzərdə tutulduğu kimi bütün terror təşkilatları ilə mübarizə üçün yol xəritəsi təqdim edəcək, bundan sonra biz protokolu parlamentə göndərməklə növbəti mərhələyə keçəcəyik. Bu məsələ ilə bağlı qərar veriləcək", - Ərdoğan bildirib.

BAKU.WS