SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Vaqner” Xüsusi Hərbi Şirkətinin silahlı qiyam cəhdinə ilk dəfə münasibət bildirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, o, bu barədə Rusiya Silahlı Qüvvələrinin rəhbər heyəti ilə keçirdiyi toplantıda danışıb.

S.Şoyqu qeyd edib ki, qiyama cəhd uğursuz oldu

:"Bunun əsas səbəbi Rusiya Silahlı Qüvvələrinin hərbi anda sadiqliyi idi".

Müdafiə naziri buna görə şəxsi heyətə təşəkkür edib.

Xatırladaq ki, “Vaqner” iyunun 24-də silahlı qiyama cəhd göstərib.

BAKU.WS