SİZİN REKLAM BURADA!
055 213 76 73


"Walt Disney" şirkəti 2015-ci ildən bəri Kaliforniyadakı qadın əməkdaşlarının məvaciblərini sistematik olaraq az verməkdə günahlandırılır.

BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian"ın məlumatında bildirilib.

Bu səbəbdən işçilər təxminən 151,6 milyon dollar itiriblər. Şirkətə qarşı məhkəmədə iddia qaldırılıb.

İddiaçılar studiyanın keçmiş və indiki işçiləridir.

Məsələ ilə bağlı tədqiqatı iqtisadçısı David Nyumark aparıb. Məlum olub ki, studiya oxşar işlərə görə qadınlara kişilərdən orta hesabla 2% az maaş verir.

Bu da dövlətin bərabər əmək haqqı qanununu pozur.

BAKU.WS