SİZİN REKLAM BURADA!
055 213 76 73


"The Economist"in hər il ənənəvi olaraq hazırladığı illik "Global Liveability Index" hesabatı açıqlanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə mərkəzli jurnalın araşdırma və təhlil şöbəsi "Economist Intelligence Unit" (EIU) tərəfindən hazırlanan araşdırmada Avstriyanın paytaxtı Vyana yenidən dünyanın ən yaxşı yaşana bilən şəhəri seçilib.

 İkinci sırada Danimarkanın paytaxtı Kopenhagen yer alıb. 

Avstraliyanın Melburn şəhəri isə üçüncü sırada qərarlaşıb. 

Siyahının dördüncü pilləsində Avstraliyanın digər bir şəhəri Sidney var. 

Kanadanın Vankuver şəhəri siyahıda beşincidir. 

Altıncı pillədə İsveçrənin Sürix şəhəri qərarlaşıb. 

Siyahıda ilk onlquda Kanadanın Kalqari şəhəri də var. 

İsveçrənin Cenevrə şəhəri də Kalqari ilə birlikdə eyni xal toplayaraq yeddinci sırada qərarlaşıb. 

Kanadanın ilk onluqda Toronto şəhəri də var. O, doqquzuncu pillədə qərarlaşıb. 

Siyahının onuncu pilləsini iki şəhər bölüşüb. Bunlar Yaponiyanın OsakaYeni Zellandiyanın Oklend şəhərləridir. 

 

BAKU.WS