SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İstanbul şəhərində müəmmalı qətl hadisəsi baş verib. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Büyükçekmece bölgəsində rus əsilli, 51 yaşlı Larysa Sancaklı öldürülüb. O, yaşadığı Kamiloba məhəlləsində yerləşən mənzilində ölü tapılıb. 

Qohumları uzun müddət Larysa ilə əlaqə qura bilməyiblər. Daha sonra evinin açarını verdiyi H.G. (şərti ad) qohumu onun mənzilinə gələndə yerdə Larysanın cansız bədənini görüb. 

Hadisə yerinə baxış keçirən polislər zərərçəkmişin mobil telefonu onun sağ ayağının altından tapıblar. Daha sonra rus əsili qadının cəsədi tibbi ekspertizaya göndərilib. 

Larysanın cansız bədənini ailəsi qəbul etmədiyi təqdirdə o, kimsəsizlər qəbirisatnlığında torpağa tapşırılacaq. Onun bir müddət əvvəl türk bəylə ailə qurduğu, lakin daha sonra ayrı yaşadığı bildirilib. 

BAKU.WS
VİDEO