SİZİN REKLAM BURADA!
055 213 76 73


Misirdə 13 mərtəbəli bina çöküb. 

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İsgəndəriyyə şəhərinin Sidi Bishr səmtində yaşanıb. Binanın çökməsi nəticəsində küçədəki avtomobillərə xeyli ziyan dəyib.

Misir Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, bədbəxt hadisə zamanı ən azı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur.

Baş verənlərə görə, ətrafdakı binaların sakinləri təxliyyə olunublar. Tikilinin hansı səbəbdən çökdüyü hələ ki açıqlanmayıb. 

Məlumat üçün bildirək ki, apreldə də İsgəndəriyyədə daha bir bina çökmüşdü. Hadisə nəticəsində 6 nəfər ölüb və 5 nəfər yaralanmışdı.

BAKU.WS
VİDEO