SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə Sultanqazi Bələdiyyəsi qurban bazarında "Ən Yaxşı Qurban Yarışması" təşkil edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarışma çərçivəsində Türkiyənin müxtəlif vilayətlərindən olan qurbanlıq heyvanlar sahibləri tərəfindən bəzədilib.

Münsiflər heyəti qurbanları heyvanların çəkisinə, kəsildikdən sonra veriləcək ətin miqdarına, irq xüsusiyyətlərinə, yaşa, bədən quruluşuna, təmizliyinə və xasiyyətinə uyğun olaraq qiymətləndiriblər.

Müsabiqə nəticəsində müəyyənləşən ilk 3 qurban mükafatlandırılıb.

Birinci yeri tutan heyvana tam qızıl, ikinciyə yarım qızıl və üçüncüyə isə “çeyrək” qızıl verilib.

BAKU.WS
QALEREYA