SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin paytaxtı Ankarada qorxulu anlar yaşanıb.

BAKU.WS “sondakika.com”a istinadən xəbər verir ki, Gölbaşı qurbanlıq qoyunlar bazarında heyvanların gözəllik yarışması təşkil edilib.

Yarışmada səhnəyə çıxmaq istəməyən 850 kiloqram çəkili "Boran" adlı buğa təhlükəli anlara səbəb olub. O, yarışmanı lentə alan televiziya əməkdaşlarını bərk qorxudub.

Belə ki, 3 yaşlı "Boran" qəfildən onların üzərinə yeriməyə başlayıb. Həmin vaxt yarışmanın anonsunu edən jurnalist buğanın altında qalmaqdan zorla qurtulub.

Müxbirin yaşadığı çətin anlar anbaan kameralar tərəfindən görüntülənib.

Qeyd edək ki, yarışmada ilk üç yeri tutan ağır çəkili mal-qara sahibləri mükafatlandırılıb.

BAKU.WS
VİDEO

QALEREYA