SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 220 450 hərbçisi zərərsizləşdirilib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 989 tank, 7 735 zirehli maşın, 3 865 artilleriya sistemi, 610 reaktiv yaylım atəşi sistemi, 370 hava hücumundan müdafiə sistemi, 314 təyyarə, 305 helikopter, 3 383 PUA, 1 211 qanadlı raket, 18 gəmi/qayıq, 6 613 avtomobil texnikası və avtosistern, 526 xüsusi texnikadan ibarətdir.

BAKU.WS